Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2 aylıq körpəyə baxan kişi ona kokain verib

2 aylıq körpəyə baxan kişi ona kokain verib

Tarix: 5 Oktyabr 2022 06:48

Böyük Britaniyada 30 yaşlı Qou Uiler baxdığı iki aylıq uşağa narkotik verib.

Sonxeber.net bildirir ki, bu barədə "The Sun" məlumat yayıb.

Uşağın anası fikir verib ki, körpə özünü yaxşı hiss etməyib və həkimə müraciət edib. Testlər körpənin bədənində kokainin olduğunu təsdiqləyib.

Kişi tutularaq dindirilib. Məhkəmədə Uiler etiraf edib ki, o, "həyatı üçün təhlükə yaradaraq, ehtiyatsızlıqdan uşağı kokain udmağa məcbur edib". Sosial işçilərin hesabatları hazırlanarkən və həbs qətimkan tədbiri qiymətləndirilərkən hökm gecikdirilib.

İrfan Vəliyev


Etiketlər:  aylıq körpəyə baxan kişi kokain verib


RƏYLƏR