Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2022 10:02
"Nar" mobil operatorunun baş sponsorluğu ilə "Breyn Rinq" intellektual bilik yarışlarının 20-ci mövsümü start götürür. Artıq doqquzuncu ildir ki, keçirilən oyunlar tək gənclərin deyil, ən müxtəlif yaş kateqoriyasından olan insanlarən ən sevdiyi oyunlardan biridir.
Bu dəfə yarışa ölkənin 10 şəhərindən və 7 universitetindən 20 komanda iştirak edəcək. Azərbaycanın bütün regionlarını əhatə edən oyunların bir hədəfi var - gənclərin maariflənməsi dünyagörüşü və analitik düşüncə bacarığının inkişafıdır. Bütün komandalara oyunlarda uğurlar arzulayır.
Onu da qeyd edək ki, "Nar" gəncləri stimullaşdırmaq üçün müxtəlif bilik yarışları, intellektual oyunları dəstəkləməyə çalışır. Bununla da elmə, təhsilə, biliyə olan marağı artırmağa səy göstərir, maariflənməni təşviq edir.
Azər Nuriyev