Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2022 14:40
Ötən gün Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 112 saylı məktəbdə şagirdin döyülməsi məsələsi ilə bağlı Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, həmçinin Daxili İşlər Nazirliyi araşdırmaların aparıldığı barədə məlumat yaydılar.
Sonxeber.net xəbər verir ki, döyülən şagirdin atası Namiq Zeynalov lent.az-a heç bir barışığın olmadığını deyərək hadisə barədə ciddi tədbirlərin görülməsini istədiyini deyib:
"Məktəbin direktoru uşaqları çağırıb məcburi şəkildə guya barışdırıb. Hətta, yoldaşım uşaqla bir yerdə prokurorluğa aparıldıqlarını dedi. Niyə uşağı məcburi məktəbdə saxlayıb daha sonra prokurorluğa aparırlar? Daha sonra zəng edib etirazımı bildirmişəm, bundan sonra yoldaşım uşağı avtomobildən düşürüb. Uşağa məcburi barışıq ərizəsi yazdırıblar ya yox, dəqiq bilmirəm. Mən şikayətçiyəm."
Övladının səhhətində bir problemin olmadığını deyən ata zorakılıq göstərən şagirdin cəzalandırılmasını tələb edir.
"İstəyirəm ki, həmin uşağa lazımi cəza verilsin. Məktəbdə daim özbaşınalıq edənlər və siqaret çəkənlər olur. Yeni direktor təyin olunduqdan sonra məktəbdəki problemlərin aradan qaldırılacağı deyilmişdi" - deyə o, əlavə edib.
Uşağın atası işin hazırda prokurorluqda olduğunu deyib. Eyni zamanda uşağa qarşı zorakılıq edən şagird də polis bölməsindədir.
Qeyd edək ki, uşaqda hansısa ciddi zədə və ya səhhəti ilə bağlı problem yoxdur.