Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məktəbə qılıncla hücum etdi - 1 ölü, 10 yaralı

Məktəbə qılıncla hücum etdi - 1 ölü, 10 yaralı

Tarix: 1 Oktyabr 2019 17:52

Bakı. Trend:

Finlandiyanın Kuopio şəhərində peşə məktəbinə qılıncla hücum olub.

Trend-in məlumatına görə, hadisə nəticəsində bir nəfər həlak olub, 10 nəfər isə yaralanıb.

Yaralılardan ikisinin vəziyyəti ağırdır.

Qeyd olunur ki, hadisəni törədən məktəbin tələbəsi olub. O, sinifdə müəllimə hücum edəndən sonra, təşviş başlayıb.

Hücum edən saxlanılan zaman özü də xəsarət alıb. Hazırda o, xəstəxanaya yerləşdirilib.

Hadisənin motivləri ilə bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Məktəbə qılıncla hücum etdi ölü yaralı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ