Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ərazilərdə yaşayanlara şad xəbər - VİDEO

Bu ərazilərdə yaşayanlara şad xəbər - VİDEO

Tarix: 5 Oktyabr 2022 19:58

Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Sonxeber.net xəbər verir ki, AAYDA-dan XəzərXəbər-ə verilən məlumata görə, bu tədbirlər çərçivəsində Bakı şəhərində və magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.

Bakı şəhəri üzrə:               

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı-Mərdəkan-Qala yolunda - Piyada keçidinin tikintisi aparılır və 85% tikinti-quraşdırma işləri görülüb. 

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı-Mərdəkan-Zuğulba avtomobil yolunda - Piyada keçidinin tikintisi aparılır və 12% tikinti-quraşdırma işləri görülüb. 

Zığ yolunda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yanında - Piyada keçidinin tikintisi aparılır və18% tikinti-quraşdırma işləri görülüb.   

Xocasən - Lökbatan yolu, Xocasən elektrik stansiyasının qarşısında - Piyada keçidinin tikintisi aparılır və 15% tikinti-quraşdırma işləri görülüb.

Respublika əhəmiyyətli avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində: 

M-4 Bakt-Şamaxı-Yevlax avtomobil yolu, 14,9-cu km - Piyada keçidinin tikintisi yekunlaşıb. Keçidin uzunluğu 40.5 metr, eni 3.5 metr, hündürlüyü 5.5 metr təşkil edir.

M-4 Bakt-Şamaxı-Yevlax avtomobil yolu, 18,5-ci km - Piyada keçidinin tikintisi aparılır və 80% tikinti-quraşdırma işləri görülüb.

M-4 Bakt-Şamaxı-Yevlax avtomobil yolu, 20,2-ci km - Piyada keçidinin tikintisi aparılır və 40% tikinti-quraşdırma işləri görülüb.

M-4 Bakt-Şamaxı-Yevlax avtomobil yolu, 25-ci km - Piyada keçidinin tikintisi aparılır və 80% tikinti-quraşdırma işləri görülüb.

M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu, 21-ci km - Piyada keçidinin tikintisi aparılır və 15% tikinti-quraşdırma işləri görülüb.   

M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu, 46,9-cu km - Piyada keçidinin tikintisi aparılır və 20% tikinti-quraşdırma işləri görülüb.

M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu, 25,3-cü km - Piyada keçidinin tikintisi aparılır və 45% tikinti-quraşdırma işləri görülüb.


Etiketlər:  ərazilərdə yaşayanlara şad xəbər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ