Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2022 20:44
Məhərrəmlik ayının bitməsi və toyların başlanması Azərbaycanda qızıl bazarına təsirsiz ötüşməyib. Satıcılar deyirlər ki, ötən dövrlərlə müqayisədə qiymətlər aşağı düşüb. Alıcılar isə bazardakı vəziyyətdən razıdılar.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, satıcılar ucuzlaşmanı dünya bazarında qızılın qiymətinin enməsi ilə izah edirlər.
Satıcılar, həmçinin bildirirlər ki, əvvəl satdıqları modelləri indi daha aşağı qiymətə təklif edirlər.
Qeyd edək ki,qiymətlərin enməsi alıcıların sayına da təsir göstərib. Belə ki, son vaxtlar ticarət mərkəzlərinin qızıl bölmələrində canlanma müşahidə olunur.