Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şagirdin döyüldüyü məktəbin direktor əvəzi işdən ÇIXARILDI

Şagirdin döyüldüyü məktəbin direktor əvəzi işdən ÇIXARILDI

Tarix: 6 Oktyabr 2022 09:22

Bakının Sabunçu rayonunda şagirdin döyüldüyü 112 saylı məktəbin direktor əvəzi Mustafayeva Lətifə işdən azad olunub.

Sonxeber.net xəbər verir ki, bu barədə Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

K.Ağazadə qeyd edib ki, müvafiq əmr elm və təhsil naziri Emin Əmrullayev tərəfindən verilib.

Qeyd edək ki, 112 saylı orta məktəbin sinif otağında şagirdin sinif yoldaşını döyməsi ilə bağlı videogörüntülər yayılmışdı.


Etiketlər:  Şagirdin döyüldüyü məktəbin direktor əvəzi işdən ÇIXARILDI


RƏYLƏR