Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müdafiə Naziriyi məlumat yaydı: məsuliyyəti Ermənistan rəhbərliyi daşıyır

Müdafiə Naziriyi məlumat yaydı: məsuliyyəti Ermənistan rəhbərliyi daşıyır

Tarix: 6 Oktyabr 2022 09:58

Azərbaycan Ordusu bölmələrinin minaatan və iriçaplı silahlardan istifadə etməklə Ermənistan silahlı qüvvələrinin mövqelərini guya atəşə tutması barədə oktyabrın 5-də yayılan məlumat qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Bu barədə Müdafiə Naziriyinin açıqlamasında deyilir:

"Belə ki, dünən axşam saatlarında məhz Ermənistan tərəfi Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətindəki döyüş mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub.

Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri yalnız Ermənistan tərəfindən törədilmiş təxribatlara qarşı cavab tədbirləri görür.

Növbəti dəfə vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda bildirilir.


Etiketlər:  Müdafiə Naziriyi məlumat yaydı məsuliyyəti Ermənistan rəhbərliyi daşıyır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ