Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ehtiyatda olan polkovnik Elnur Məmmədov həbs edildi

Ehtiyatda olan polkovnik Elnur Məmmədov həbs edildi

Tarix: 6 Oktyabr 2022 14:20

Ehtiyatda olan polkovnik Elnur Məmmədov barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə araşdırması başa çatıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, Elnur Məmmədov Cinayət Məcəlləsinin 147.2 (böhtan) maddəsi ilə təqsirli bilinərək 6 ay müddətində azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Elnur Məmmədov sosial şəbəkələrdə Müdafiə Nazirliyinin rəhbərliyini, o cümlədən Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi, general-mayor Elçin Xəlilovu tənqid edərək, bir sıra iddialar irəli sürmüşdü.

Müdafiə Nazirliyi isə Elnur Məmmədovun nazirliklə bağlı iddialarının doğru olmadığını bildirmişdi.

Sonradan Müdafiə Nazirliyinin Hüquq departamentinin rəisi Elçin Əliyev ehtiyatda olan polkovnik Elnur Məmmədova qarşı xüsusi ittiham qaydasında şikayət verib.


Etiketlər:  Ehtiyatda olan polkovnik Elnur Məmmədov həbs edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ