Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ailəmin başını aşağa salacaq işlərlə məşğul olmamışam''

''Ailəmin başını aşağa salacaq işlərlə məşğul olmamışam''

Tarix: 6 Oktyabr 2022 19:15

Müğənni Zamiq Hüseynov "7 Canlı" verilişinə qonaq olub.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, sənətçi proqramda səmimi açıqlamalar verib.

"Çadırda yaşaya-yaşaya mən nə bilərdim ki, gəlib Bakıda yaşayıb, ən yaxşı geyinənlərdən biri, yaxşı ifaçı olacam və s.", - deyə, Zamiq qeyd edib.

İfaçı uğurlu olmasının səbəbini isə həyatında yaxşı insanlarla qarşılaşması ilə əlaqəli olduğunu vurğulayıb:

"Ətrafımda yaxşı insanlara rast gəldim. Özüm yaxşı olmuşam ki, qarşıma da yaxşılar çıxıb. Həmişə bunu arzulayıram ki, Allah heç vaxt ağlımı əlimdən almasın. Həyatımda çaşıb, xoşaqəlməz hərəkətlər etməmişəm. Ailəmin, dostumun başını aşağa salacaq işlərlə məşğul olmamışam. Hər zaman çalışmışam ki, ölkəmə və dövlətimə faydam dəysin", - deyə, müğənni əlavə edib.


Etiketlər:  Ailəmin başını aşağa salacaq işlərlə məşğul olmamışam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ