Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2022 18:36
Abşeron rayonu Novxanı kənd 1 saylı tam orta məktəbdə çalışan müəllimlərdən birinə aid olan səsyazısı yayılıb. Dialoqa əsasən iddia edilir ki, səsi yayılan müəllim direktorun ad günü üçün pul yığılmasını tapşırıb. Əməkdaşlarımız həmin məktəbdə olublar, məsələnin təfərrüatlarını araşdırıblar.
Daha bir müəllimin səs yazısı yayılıb. Səs yazısında direktorun ad günü üçün pul yığıldığı iddia olunur.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, iddia edilir ki, səs yazısı sözügedən məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Aytən Əmirovaya aiddir.
Aytən Əmirova səsyazısının ona aid olduğunu təsdiqləyib. Baş verənlərdən təəssüfləndiyini, səs yazısının kimlərsə tərəfindən fərqli formada qələmə verildiyini söyləyib.
Səs yazısında adı çəkilən direktor Taliyə Mirzəyeva da məsələyə münasibət bildirib.
Abşeron-Xızı Regional təhsil idarəsindən isə bildirilib ki, yayılan səs yazısı ilə əlaqədar araşdırma aparılıb. Məktəbin direktoru və müəllimindən dərhal izahat alınıb. Məlum olub ki, 2021-ci ilin dekabr ayında məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Əmirova şəxsi təşəbbüsü və şagirdlərin istəyi əsasında direktor Taliyə Mirzəyevanın ad günü üçün pul yığılmasını tapşırıb. Buna görə idarə tərəfindən müəllimə xəbərdarlıq edilib.