Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qohumları ailə məclisinə gəlməkdən imtina edərək külli miqdarda pul itiriblər

Qohumları ailə məclisinə gəlməkdən imtina edərək külli miqdarda pul itiriblər

Tarix: 7 Oktyabr 2022 21:52

"Reddit" istifadəçisi bildirib ki, sevgilisinin qohumları onların təşkil etdiyi ailə məclisinə gəlməkdən imtina edib və lotereyada udduğu külli miqdarda pulu itiriblər.

Milli.Az bildirir ki, onun hekayəsi "The Mirror"un diqqətini çəkdi.

29 yaşlı "u/No_Management_" adlı qadın sevgilisi ilə bu yaxınlarda lotereyada böyük məbləğdə pul udub. Qadın və əri qələbə xəbərini dərhal yaxınlarına deməyib, pulun bir hissəsini qadının dul qalmış anasına və kişinin valideynlərinə vermək qərarına gəlib.

Qalib ailənin yeganə qızıdır, sevgilisinin isə beş qardaş və bacısı var. Onlardan üçü ilə çox yaxındır, ikisi ilə isə o qədər də yaxşı anlaşmır, çünki keçmişdə ona qarşı pis rəftar ediblər. Buna baxmayaraq, xoşbəxt cütlük qərara gəliblər ki, kişinin bütün bacıları müəyyən miqdarda pul alacaqlar. Qaliblər uduşları bölüşmək və onlara borclarını ödəmək, daşınmaz əmlak almaq və özləri üçün xərcləmələri üçün müəyyən məbləğ vermək qərarına gəliblər. Cütlük bütün ailəni xoşbəxt xəbəri paylaşacaqları ziyafətə dəvət edib.

Qələbədən bixəbər olan iki bacı dəvətə cavab verməyib və digər qohumlarına deyiblər ki, onlar "bu axmaq ailə məclisi" üçün cütlüyə baş çəkməyəcəklər. Bundan sonra cütlük uduşlarını onlarla bölüşməmək qərarına gəlib və buna görə də məclisdə mübahisə düşüb.

"Yemək bitəndə yoldaşımın qohumları bizdən onun gəlməyən bacı-qardaşları barədə soruşdular. Sevgilim dedi ki, hamısı dəvət olunub, amma bəziləri cavab verməyib. Onların cavabı əsasında biz fikrimizi dəyişdik və onlara heç nə verməmək qərarına gəldik. Əgər onlar bir-iki saat vaxtlarını ayıra bilmirlərsə, biz niyə onlara kömək edək?", - "u/No_Management_" yazıb.

Bu cavab ərinin valideynlərini hiddətləndirib. "Mənə qışqırdılar və eqoist adlandırdılar. Dedilər ki, bu mənim fikrimdir. Bu iki nəfərə pulu verməsəm, onlara da lazım deyil. Söhbəti onunla bitirdik ki, o zaman nə onlara, nə də bu ikisinə pul verməyəcəyik. Mübahisəni davam etdirmək istəmədiyimiz üçün onlardan getmələrini xahiş etdik. Biz ümumiyyətlə uduşları bölüşmək məcburiyyətində deyildik", - deyə yazı müəllifi vurğulayıb.

Həmin an qadın cavabını ədalətli hesab etsə də, o vaxtdan bəri cütlüyə bayrama gəlməyənlərdən və ərinin valideynlərinsən çoxlu sayda mesaj və telefon zəngləri gəlib. Zəng edənlər cütlüyü gələcəklərini əlindən aldıqlarına görə qınayıblar. Digər üç bacı-qardaş hesab ediblər ki, valideynlər üzr istəsələr onlara kömək etmək olar. Qadın bundan sonra nə edəcəyini bilmir.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Qohumları ailə məclisinə gəlməkdən imtina edərək külli miqdarda pul itiriblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ