Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əbu Mustafa öldürülüb

Əbu Mustafa öldürülüb

Tarix: 8 Oktyabr 2022 08:04

İraqın Kərkükü şəhərinin Vadi Zegetun bölgəsində İŞİD-ə qarşı əməliyyat keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İraq hökumətinin Təhlükəsizlik Media Şəbəkəsindən məlumat verilib.

Açıqlamada, İŞİD-in Kərkükdəki hərbi komandiri olaraq adlandırılan Əbu Mustafa adlı terrorçu öldürülüb.

Onun gizləndiyi bunkerə havadan hücum təşkil edilib.

İraqın keçmiş baş naziri Heydər əl-Abadi 2017-ci il dekabrın 9-da İŞİD üzərində qələbə qazandığını elan edib.

Aradan 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu əyalətlərin kənd yerlərində təşkilatın hücumları davam edir.

Milli.Az


Etiketlər:  Əbu Mustafa öldürülüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ