Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransa vətəndaşlarına İranı tərk etməyi tövsiyə etdi

Fransa vətəndaşlarına İranı tərk etməyi tövsiyə etdi

Tarix: 8 Oktyabr 2022 09:24

Fransa Xarici İşlər Nazirliyi İrandakı vətəndaşları mümkün qədər tez ölkəni tərk etməyə çağırıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat Fransa XİN-in yaydığı bəyanatda yer alıb.

Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:

"İranda tranzit keçən Fransa vətəndaşlarından özbaşına saxlanma risklərini nəzərə alaraq, mümkün qədər tez ölkəni tərk etmələri xahiş olunur".

Nazirlik bildirir ki, İrandakı Fransa vətəndaşları həbs və ədalətsiz mühakimə riski ilə üzləşirlər.

Fransa Xarici İşlər Nazirliyi xəbərdarlıq edib ki, Fransanın Tehrandakı səfirliyinin İranda saxlanılan və ya həbs edilən vətəndaşları konsulluq mühafizəsi ilə təmin etmək imkanları çox məhduddur.


Etiketlər:  Fransa vətəndaşlarına İranı tərk etməyi tövsiyə etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ