Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Füzulidə traktor minaya düşüb - YENİLƏNİB

Füzulidə traktor minaya düşüb -  YENİLƏNİB

Tarix: 8 Oktyabr 2022 22:32

22:29

Xəbər verildiyi kimi, Ağdam rayonu ərazisində təmir-tikinti işləri aparılarkən 2 nəfər şəxsin minaya düşməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, araşdırma zamanı daha bir şəxsin- 1983-cü il təvəllüdlü Səxavət Abduxalıqovun da xəsarət alması müəyyən edilib.

Daha sonra Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində təmir-tikinti işləri aparılarkən traktorun partlamamış silah-sursata dəyərək partlaması nəticəsində traktora maddi ziyan dəyməsi, lakin hər hansı bir şəxsin xəsarət almaması müəyyən edilib.

Hazırda hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

20:53

İşğaldan azad edilmiş Füzuli rayonunda yol-tikinti təsərrüfatında işləyən traktor minaya düşüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Nəticədə traktora ziyan dəyib və hər hansı şəxs xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Füzulidə traktor minaya düşüb YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ