Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Oktyabr 2022 01:46
Rusiyada, Ufada kişi qızı onu evin girişinə buraxmadığı üçün döyüb və az qala boğub.
Sonxeber.net bildirir ki, Ufa1.ru portalının məlumatına görə, döyülmə anı videoya düşüb.
Görünən kadrlarda iti olan bir qızın pilləkənlər ilə binanın girişinə doğru necə qalxdığını görmək olar. Orada bir kişi dayanıb. Qız içəri girəndə kişi binaya buraxılmadığı üçün ona hücum edib. Kişi qıza qışqırıb və onu vurub.
Daha sonra polis bölməsində həmin şəxs etdiyi hərəkətə görə üzr istəyib. "Ona pis söz dedim. O, əli ilə məni vurdu. Mən onun saçından tutub aşağı saldım. Özümə haqq qazandıra bilmirəm, bu kişi hərəkəti deyil", - deyə kişi izah edib.
Regional Daxili İşlər Nazirliyi hücum edənin Salavat rayonundan olduğunu dəqiqləşdirib. Hadisə ilə bağlı araşdırma təşkil edilib.
İrfan Vəliyev