Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Facebook-da ən azı bir milyon istifadəçisinin şəxsi məlumatları fırıldaqçıların əlinə keçə bilər

Facebook-da ən azı bir milyon istifadəçisinin şəxsi məlumatları fırıldaqçıların əlinə keçə bilər

Tarix: 9 Oktyabr 2022 03:46

"Facebook" sosial şəbəkəsinin ən azı bir milyon istifadəçisinin şəxsi məlumatları fırıldaqçıların əlinə keçə bilər.

Sonxeber.net bildirir ki, mümkün bir sızma "Axios"a məlum olub.

Meta təhlükəsizlik komandası zərərsiz xidmətlər kimi təqdim olunan və Facebook istifadəçilərinin şəxsi məlumatlarını ələ keçirən 400-dən çox zərərli mobil proqramlar haqqında hesabat yayıb. Cinayətkarların əməllərindən ən azı bir milyon insanın zərər çəkdiyi bildirilib.

Şirkətdən verilən məlumata görə, fırıldaqçılar zərərli proqramlar yaradıb, onları məsələn, adi oyunlar və foto redaktorları kimi maskalayıb, sonra isə rəsmi proqram mağazalarında yerləşdiriblər. İstifadəçi belə bir proqramı quraşdırdıqdan sonra ondan Facebook hesabından istifadə edərək qeydiyyatdan keçməsi və ya daxil olması təklif olunub. İstifadəçi sonuncunu seçərsə, ondan sosial şəbəkədəki hesabından loqin və şifrəni daxil etməsi xahiş olunub. Nəticədə, bu məlumatlar tətbiqi yaradanların əlinə keçib və onlar qurbanın hesabına daxil ola bilərlər.

Meta şirkətinin kibertəhlükəsizlik üzrə direktoru David Aqranoviç bildirib ki, təhlükəsizlik komandası indiyədək məlumatlarının fırıldaqçılar tərəfindən əldə edildiyi Facebook istifadəçilərinin dəqiq sayını müəyyən edə bilməyib.

İrfan Vəliyev


Etiketlər:  Facebook azı milyon istifadəçisinin şəxsi məlumatları fırıldaqçıların əlinə keçə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ