Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Oktyabr 2022 07:14
Rusiyada, Rostov şəhərinin Komarov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasının girişində çılpaq iki azyaşlı qız tapılıb.
Sonxeber.net bildirir ki, bu barədə Kp.ru məlumat yayıb.
Nəşrin məlumatına görə, görünüşü bir yaşdan iki yaşa qədər olan qızlar bezdə idilər, yanında bir neçə uşaq bezləri də olub. Evin sakinləri təcili yardım çağırıb, həkimlər uşaqları aparıblar.
Xəstəxanadan nəşrə verilən məlumata görə, uşaqlar oktyabrın 6-da axşam saatlarında tibb müəssisəsinə aparılıb. Onlarda soyuqdəymə əlamətləri aşkarlanıb. Həkimlər uşaqlarda döyülmə izi aşkar etməyiblər. Danışmaq üçün çox balaca olduqları üçün qızların kimliyi hələ müəyyən edilməyib. Uşaqların yaxınları xəstəxanada görünməyib.
Qəzet yazır ki, hadisənin baş vermə şəraiti hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilir.
Daha sonra məlum olub ki, qızların ailəsi var. Mənbənin nəşrə verdiyi məlumata görə, oktyabrın 6-da anası işdə olarkən ataları onlara baxıb. Axşam saatlarında kişi spirtli içki qəbul edib və bərk yuxuya gedib. Bu zaman uşaqlar mənzilin qapısını açıb, girişə çıxıblar.
Regional Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qızların valideynləri yetkinlik yaşına çatmayanların tərbiyəsi ilə bağlı öhdəliklərini yerinə yetirmədiklərinə görə inzibati maddə ilə məsuliyyətə cəlb ediliblər. Onları beş min rubla (80 dollar) qədər cərimə gözləyir.
İrfan Vəliyev