Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kəndlilər mal-qarasını otara bilmir - VİDEO

Kəndlilər mal-qarasını otara bilmir - VİDEO

Tarix: 10 Oktyabr 2022 01:46

Ağdaşda sakinlər mal-qaralarını otarmaq üçün yer tapmırlar. Səbəb isə otlaq sahələrinin zəbt  olunmasıdır. Otlaq sahələrini kimlər necə zəbt edir?

Ağdaş rayonu Xosrov kənd sakinləri onlara məxsus örüş sahələrindən istifadə edə bilmədiklərini deyirlər. Sakinlər mal-qaralarını otarmağa yer tapmadıqları üçün elə heyvanlar kəndin içində küçələrdə və ya şoranlıq sahələrdə qalmalı olurlar.Sakinlər iddia edirlər ki, mal-qara üçün ayrılmış otlaq sahələri digər kənd sakinləri tərəfindən zəpt edib.

Kənd sakinlərinin sözlərinə görə, illərdi üzləşdikləri problemlə bağlı dəfələrlə yerli bələdiyyə müraciət etsələrdə heç bir faydası olmayıb. Otlaq sahələri zəpt olunduğu üçün mal-qaralarını bəsləmək onlar üçün daha çətindir. 

Xosrov  kənd ərazisində  sahələri zəpt etdiyi  iddia  olunan sakinlərdən biri Elxan Mehdiyevdir. Onun sözlərinə görə yerli sakinlərdən və bələdiyyədən icazə alaraq otlaq sahəsini  əkib. Bu ərazilərdən bir neçə ildir ki,istifadə edir..

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, məsələyə Xosrov kənd bələdiyyəsin sədri Elçin Kərimovda münasibət bildirib.

İndi sakinlər bir qədərdə səbirli olub bələdiyyə sədrinin əraziyə baxış keçirib verdiyi qərarı gözləməli olacaqlar. 


Etiketlər:  Kəndlilər qarasını otara bilmir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ