Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aleksandr van der Bellen ikinci müddətə prezident seçilib

Aleksandr van der Bellen ikinci müddətə prezident seçilib

Tarix: 10 Oktyabr 2022 08:02

Bazar günü Avstriyada keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Aleksandr van der Bellen qalib gəlir.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Səsvermənin ilkin nəticələrinə görə, hazırkı prezident 54 %-dən çox səs toplayıb.

Beləliklə, van der Bellen səsvermənin ilk turunda seçicilərin yarıdan çoxunun dəstəyini qazanaraq qalib gəlib. O, ikinci altı illik müddətə seçilib.

Hazırkı prezidentin əsas rəqibi, sağçı Azadlıq Partiyasından Frants Rozenkrants təxminən 19 % səs toplayıb və məğlubiyyətini etiraf edib.

Milli.Az


Etiketlər:  Aleksandr van der Bellen ikinci müddətə prezident seçilib


RƏYLƏR