Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya Kiyevi raketlərlə vurur: müharibədə ilk dəfə mərkəz bombalanır - VİDEO - FOTO

Rusiya Kiyevi raketlərlə vurur: müharibədə ilk dəfə mərkəz bombalanır - VİDEO - FOTO

Tarix: 10 Oktyabr 2022 10:26

Ukraynada müharibə başlayandan gündən bəri ilk dəfədir ki, Rusiya paytaxt Kiyevin mərkəzinə raket-bomba zərbələri endirib.

Milli.Az bildirir ki, Kiyevlə yanaşı, Dnepr şəhərində də raket zərbələri endirilib.

Kiyevin meri Vitali Kliçkonun dediyinə görə, şəhərin mərkəzində 5 partlayış olub.

İlk partlayış Şevçenko rayonunda baş verib.

Rusiyanın Silahlı Qüvvələri Kiyevi X-101 qanadlı raketləri ilə vururlar.

Zərbələr indi də davam edir.

Az öncə Ternopol və Xmelnitski şəhərlərində də raket zərbələri nəticəsində partlayışlar olub.

Kiyevin mərkəzinin hədəf alınmasını Rusiyanın Krım körpüsündəki terror aktına cavabı da saymaq olar.

Milli.Az


Etiketlər:  Rusiya Kiyevi raketlərlə vurur müharibədə ilk dəfə mərkəz bombalanır VİDEO FOTO


RƏYLƏR