Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Keşlədə qatarın vurduğu qadının kimliyi məlum oldu

Keşlədə qatarın vurduğu qadının kimliyi məlum oldu

Tarix: 2 Oktyabr 2019 10:10

Bakı. Samir Əli, Ceyhun Ələkbərov - Trend:

Keşlə qəsəbəsi, "Çerment körpüsü" kimi tanınan ərazidə qatar 32 yaşlı qadını vurub.

Trend-in məlumatına görə, vurulan qadın 1986-cı il təvəllüdlü Rəhimova Tacirə Vidadi qızıdır.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, qadın açıq kəllə-beyin travması ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti kritikdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Keşlədə qatarın vurduğu qadının kimliyi məlum oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ