Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2022 11:58
Dələduzluqda təqsirləndirilən tanınmış vəkil Vüqar Səfərlinin məhkəməsi başa çatıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Vüqar Səfərli 8 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzluqda ittiham olunur. O, bir neçə vətəndaşın etimadından istifadə edərək, onlara qarşı külli miqdarda dələduzluq edib. Zərərçəkənlərə dəymiş ziyanın məbləği 200 min manatdan artıqdır.
Vüqar Səfərlinin əməlindən ən çox zərər çəkən isə tanınmış bloqer Sabina Katanovadır. Ona 130 min manatdan çox zərər vurulduğu bildirilir.
Vüqar Səfərli bu əməlləri ilə bağlı Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.
İş üzrə 17 nəfər zərərçəkən şəxs qismində tanınıb.