Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

70 yaşında varlandı

70 yaşında varlandı

Tarix: 10 Oktyabr 2022 20:38

ABŞ-ın Luiziana ştatından olan keçmiş katibə OnlyFans platformasında model olub və varlanıb.

Milli.Az bildirir ki, onun hekayəsini "Daily Star" dərc edib.

70 yaşlı Mişel Hardenbruk sözügedən sosial şəbəkədə 2020-ci ilin yanvarında hesab açıb və ilk səmimi videonun dərcindən sonra bir ay ərzində 30 min funt-sterlinq qazanıb. Qadın hesab edib ki, platformadakı görünüşü ilə o, ümumi istifadəçilərin ən böyük payını təşkil edən gənc nəslə meydan oxuyub.

Amerikalı uzun müddət ailəsi ilə ünsiyyət qurmadığını da etiraf edib. "Ailəm illərdir mənimlə danışmır. İndi nə etdiyimi bilsəydilər, Mişelin sadəcə qəribə olduğunu düşünə bilərlər. Mən qəribəyəm və bunu etiraf edirəm. Yaşı 60-ı keçən qadınların çoxu bu yolla dolanmır", - o, nəşrə müsahibəsində deyib.

Materialın qəhrəmanının iki uşağı tək böyütdüyü məlum olub. Onun sözlərinə görə, bəzən bütün ailə ac qalmalı olub, çünki onun əvvəlki işində saatda cəmi 6,5 dollar gəliri var idi. Hardenbruk qeyd edib ki, hazırda oğlu onun hobbisindən xəbərdardır və ona qarşı neytraldır. Lakin qızı 20 il əvvəl onunla əlaqəni kəsib və onu yeniləmək niyyətində deyil. "O inanır ki, həyatındakı bütün pisliklər mənim ucbatımdan baş verib. Yaxşı, o, yetkindir - bu onun qərarı və öz hərəkətsizliyidir", - deyə model yekunlaşdırıb.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  yaşında varlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ