Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Təklikdə ruhuna bir fatihə daha faydalıdır, nəinki instaqramda paylaşım etmək...”

“Təklikdə ruhuna bir fatihə daha faydalıdır, nəinki instaqramda paylaşım etmək...”

Tarix: 10 Oktyabr 2022 21:15

"İnsan nəfəs alanda yox, nəfəsi daralanda havanın dəyərini hiss edir. Mən yalnız keyfiyyətli musiqi təqdim etməyə çalışmışam, hələ də ustadlarımdan məsləhətsiz bir iş görmürəm. Təki gəlirim olsun düşünmürəm və bunu təki xalq mənə dəyər versin deyə də etmirəm, sadəcə öz ruhum üçün edirəm. Bunları məni dəstəkləyən və yolun ta başından mənə inanan insanlar üçün edirəm, ona görə də artıq o mövzularda ilişib qalmıram ki, "insanlar niyə görə sağlığımızda dəyər vermir?". Heç verməsinlər də, özləri bilərlər. Ölüm haqdır, hamımız üçün var. Ona görə də həyatda bir qanun ilə yaşayıram-kimsəni mühakimə etməmək! Filankəs niyə dəyər vermədi? Filankəs niyə belə etdi? Falanları, filanları boş verin getsin, həyatınızı yaşayın"

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış müğənni Əminə Şirinqızı deyib. O, daha sonra əlavə edib.

"Mən heç kimin vəfatını paylaşmıram. Dünyasını dəyişən insan üçün təklikdə ruhuna bir fatihə göndərmək daha faydalıdır, nəinki instaqramda paylaşım etmək. Ölümə həmin insanlar kimi yox, bir az fərqli yanaşıram. Ölüm ruhun qurtuluşudur, Allaha və əbədiyyətə qovuşmasıdır. Düzdü, Allah gecindən versin, hələ sevdiklərimizə lazımıq, vaxtından tez ağlatmayaq onları. Və ən əsası gözəl yaşayaq ki, gözəl ölə bilək" deyə müğənni bildirib.

O, daha sonra yeni mövsümdəki işlərindən danışıb.

"Hər şey çox gözəl olacaq. Buna çox inanıram. Yaxında gözəl işlər, duetlər, maraqlı günlər bizi gözləyir. Həm də payız mənim fəslimdir. Bütün möcüzələr payızda olur. Misal üçün elə biri mənim doğum günüm (gülür)" deyə müğənni bildirib.

Müğənni həyatda heç vaxt peşmanlıq yaşamadığını bildirib.

"Başqasının probleminə laqeyd yanaşıb, haqsızlığa susan adamı o qədər döyərəm ki (gülür)". Həyatda heç nəyin peşmanlığını çəkməmişəm. Pis, yaxşı hər şey yaşanmalıdır. Əksinə, pisə görə Allaha təşəkkür edirəm ki, daha da güclənməyimə səbəb oldu. Peşman olmaq olmaz" deyə Əminə Şirinqızı bildirib.

"Həyatınızı nəyə və kimə qurban verərsiniz?" sualına isə müğənni belə cavab verib.
 "Həyatımı, bütün ömrümü düşünmədən ailəmə-atama, anama, qızıma qurban verərəm. Başqa heç kimə" deyə müğənni bildirib.

Müğənni efir vasitəsilə həmkarlarına ismarıc göndərən sənətilər haqda isə..
"Özləri bilərlər. Onlara elə xoşdur, elə də etsinlər. Telefonun olmadığı bir dövrdə yaşayırıq, nə etsinlər? (gülür) deyə bildirib.

Milli.Az


Etiketlər:  Təklikdə ruhuna bir fatihə daha faydalıdır nəinki instaqramda paylaşım etmək


RƏYLƏR