Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayden Qərbin Rusiyaya təzyiqi artırmaq niyyətini açıqlayıb

Bayden Qərbin Rusiyaya təzyiqi artırmaq niyyətini açıqlayıb

Tarix: 10 Oktyabr 2022 21:48

Kollektiv Qərb Rusiyaya qarşı təzyiqləri, o cümlədən sanksiyalar vasitəsilə artırmaq, həmçinin lazım olan müddət ərzində Ukraynanı dəstəkləmək niyyətindədir.

Sonxeber.net "report"a istinadən bildirir ki, belə bir bəyanatla ABŞ Prezidenti Cozef Bayden Rusiyanın Ukraynada energetika, hərbi komandanlıq və rabitə obyektlərinə kütləvi zərbə endirməsi ilə bağlı çıxış edib.

"(Rusiyanın - red) Hazırkı hücumları yalnız tələb olunan müddət ərzində Ukrayna xalqı ilə (çiyin-çiyinə) dayanmaq öhdəliyimizi gücləndirir", - Bayden qeyd edib.

Eyni zamanda, Amerika lideri Rusiyanın "vəhşiliklər və müharibə cinayətlərinə" görə məsuliyyət daşıdığını iddia edib. O, qeyd edib ki, Birləşmiş Ştatlar buna görə "(Rusiya Prezidenti Vladimir Putini-red) Putini və Rusiyanı məsuliyyətə cəlb etməkdə" qərarlıdır ki, Ukrayna qüvvələri öz ölkələrini və onun azadlığını müdafiə edə bilsinlər.

"ABŞ Rusiyanın bu gün Ukraynaya, o cümlədən Kiyevə raket zərbələri endirməsini qətiyyətlə pisləyir", - Bayden bildirib. ABŞ administrasiyasının rəhbəri hesab edir ki, bu zərbələr nəticəsində heç bir hərbi təyinatı olmayan hədəflər məhv edilib. Bundan əlavə, Bayden Rusiyanı Ukraynadakı hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.


Etiketlər:  Bayden Qərbin Rusiyaya təzyiqi artırmaq niyyətini açıqlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ