Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şagirdlər məktəbə mobil telefon apara bilər? - VİDEO

Şagirdlər məktəbə mobil telefon apara bilər? - VİDEO

Tarix: 11 Oktyabr 2022 16:34

Son zamanlar məktəblərdə mobil telefon vasitəsilə çəkilib paylaşılan neqativ görüntülər bəzi vətəndaşların, xüsusilə də valideynlərin etirazına səbəb olub. Onlar düşünürlər ki, şagirdlərin şiddətəmeyilli davranışlarının səbəbi təhsil müəssisəsi daxilində mobil telefondan istifadə etmələridir. Sorğu apardığmız paytaxt sakinləri də iddia etdilər ki, sosial şəbəkələrdə məşhurluq qazanmaq istəyi şagirdləri belə hərəkətlərə vadar edir. Buna görə də məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsinə qadağa qoyulmalıdır.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, təhsil eksperti Elşən Qafarov deyir ki, orta məktəblərin ümumi nizamnaməsi yoxdur. Yəni məktəblər müəyyən edilmiş vahid qaydalarla idarə olunmur. Bu tip qadağaların qoyulması da təhsil müəssisəsinin daxili məsələsidir.

Ekspert hesab edir ki, məktəblərdə telefon qadağasının tətbiq olunması da sözügedən problemlərin həlli üçün kifayət deyil. Onun sözlərinə görə, ümumi təhsil müəssisələrində şagird sayının azaldılması onların məktəbdaxili davranış qaydalarına nəzarəti asanlaşdıra bilər.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən də bildirildi ki, ümumi təhsil müəssisələrində mobil telefondan istifadə ilə bağlı rəsmi qadağa yoxdur. Lakin məktəb rəhbərliyi təhsil müəssisəsində mobil telefondan istifadəni tənzimləyə bilər.

Milli.Az


Etiketlər:  Şagirdlər məktəbə mobil telefon apara bilər VİDEO


RƏYLƏR