Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərindən qisas almaq üçün doqquz aylıq oğlunu öldürdü

Ərindən qisas almaq üçün doqquz aylıq oğlunu öldürdü

Tarix: 11 Oktyabr 2022 20:44

Rusiyada, Sverdlovsk vilayətində 20 yaşlı yerli sakin doqquz aylıq oğlunu qətlə yetirdiyinə görə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin rəsmi nümayəndəsi Aleksandr Şulqa məlumat verib.

İstintaqın məlumatına görə, fevralın 2-nə keçən gecə Kamenski rayonunun kəndlərindən birindəki mənzildə gənc ana ərindən qisas almaq üçün körpəni öldürüb. AiF-Ural-ın aydınlaşdırdığı kimi, qadın əvvəlcə oğlunu boğmağa cəhd edib. Uşaq hərəkətini dayandırdıqda qadın əllərini onun boğazından çəkib, lakin bir müddət sonra oğlan qışqırıb. Daha sonra anası bıçağı götürərək körpənin başından və qarnından vurub.

Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelixin verdiyi məlumata görə, uşağın nənəsi körpənin ölümü ilə bağlı Kamensk-Uralski şəhərinin 22 saylı polis bölməsinə müraciət edib.

"Oğlanın anası, yəqin ki, nə etdiyini başa düşərək özünə ağır xəsarətlər yetirdi və xəstəxanaya düşdü, həkimlər ona lazımi tibbi yardım göstərdilər", - polkovnik Qorelix əlavə edib.

Həbsdən sonra təqsirləndirilən şəxs özünü təqsirli bilib. Psixiatrik müayinə ananın ağlı başında olduğunu göstərib. Hələlik o, istintaq təcridxanasına yerləşdirilib. Məhkumun birgə yaşadığı 25 yaşlı şəxs maldarlıq edib və oğurluq etdiyinə görə üç dəfə koloniyada olub.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Ərindən qisas almaq üçün doqquz aylıq oğlunu öldürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ