Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2022 21:24
Bakının Nizami rayonunda anasını qətlə yetirməkdə ittiham olunan 2007-ci il təvəllüdlü İdeal Məmmədzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.
İdeal Məmmədzadənin cinayəti törədən zaman əqlində problem olduğu, buna görə də Respublika Psixiatriya Xəstəxanasına məcburi müalicəyə yerləşdirilməsi qərara alınıb.
İttihama görə, bu il aprelin 20-də saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılovanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, İdeal Məmmədzadə qısqanclıq zəminində metronun "Neftçilər" stansiyasının yaxınlığında anası Ülviyyə İsmayılova ilə mübahisə edib.
Mübahisə zamanı o, anasını bıçaqlayaraq öldürüb.
İstintaq orqanı tərəfindən İdeal Məmmədzadənin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.