Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səs yazısı yayılan müəllimlə bağlı qərar verildi

Səs yazısı yayılan müəllimlə bağlı qərar verildi

Tarix: 11 Oktyabr 2022 23:16

"Müəllimlər günü" ilə bağlı valideynlərdən pul tələb edən müəllimə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Milli.Az bakupost-a istinadən bildirir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsindən xəbər verilib.

Bildirilib ki, İdarəyə A.Müzəffərov adına Saray qəsəbə 2 nömrəli məktəbin ingilis dili müəllimi Gülnarə Şahgəldiyeva tərəfindən valideynlər qrupuna səs mesajı göndərərək, "Müəllimlər günü" münasibəti ilə pul tələb etməsi barədə məlumat daxil olub.

"Məsələ ilə bağlı araşdırma aparılıb, müəllimin izahatı alınıb. Araşdırmanın yekun nəticəsi olaraq bildiririk ki, A.Müzəffərov adına Saray qəsəbəsi 2 nömrəli tam orta məktəbin ingilis dili müəllimi vəzifəsində çalışan Gülnarə Səməd qızı Şahgəldiyeva müəllimlərin etik davranış qaydalarını ciddi şəkildə pozub, valideynlərlə işgüzar münasibətlərə aid olmayan və müəllimə yaraşmayan ünsiyyət yaradıb. Müəllimlərin etik davranış qaydalarını və AR Əmək Məcəlləsinin 186.2 maddəsini nəzərə alaraq, məktəbin müəllimi Şahgəldiyeva Gülnarə Səməd qızına sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib", - deyə qeyd olunub.

Xatırladaq ki, səsyazısındakı şəxs Saray qəsəbəsi, 2 saylı məktəbin 7ç sinfinin müəllimidir.

Belə ki, o, müəllimlər günü münasibəti ilə onu təbrik etməyən şagirdlərə və onların valideynlərinə müraciət edib:

"Məni tək-tək gəlib sayıb, hörmət etdilər, siz də edə bilərdiniz".

Milli.Az


Etiketlər:  Səs yazısı yayılan müəllimlə bağlı qərar verildi


RƏYLƏR