Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gəlinlik, xonça, dekor: Evlənmək neçəyə başa gəlir? - ARAŞDIRMA - FOTO

Gəlinlik, xonça, dekor: Evlənmək neçəyə başa gəlir? - ARAŞDIRMA - FOTO

Tarix: 11 Oktyabr 2022 23:44

Xalqımızın toy kimi bir adəti var. Bu adət gözəl, maraqlı olsa da müasir dövrdə toy etmək ən çətin məsələlərdən birinə çevrilib. Çünki ilbəil qiymətlər bahalaşır, ziyafət xərcləri getdikcə artır.

Gənclərin bir çoxu isə toy mərasimlərini sadə şəkildə keçirməkdən imtina edir, xərci borcundan çox çıxsa da brilliant qaşlı qızıl üzük, nişan alyansları, gözoxşayan gəlinlik, bəzəkli xonçalar, gül dəstəsi və fotosessiya olmadan evlənmək  istəmirlər.

Bəs, görəsən bu tədarüklərin hamısı  neçəyə başa gəlir?

Məsələ ilə bağlı  gundem.az araşdırma edib.

ticarət mağazalarının birinin qızıl şöbəsində çalışan Şamil Qasımov deyir ki, hazırda gümüşə tələbat daha çoxdur:

"Bu gün türk qızılının 1 qramı 80-85 manat arası dəyişir. Amma əldən alınan mal 77-78 manata olur. Brilliant qarniturların qiyməti isə karatından asılı olaraq  1800-3000 manat arasında dəyişir. Gümüşün isə bugünkü qiyməti 2 manatdan başlayır".

Bir daha əmin olduq ki, qızıl bazarında qiymətlər  sözün əsl mənasında əl yandırır. Qızıl sektorundan sonra üz tutduq gəlinlik mağazalarından birinə...

Mağazada olan satıcı Ləman Qasımova bildirdi ki, gəlinliklərin bir günlük kirayəsi 300 manatdan başlayır:

"Subay xanımların arzusunda olduğu gəlinliklərin kirayəsi haqqı 300 manatdan başlayır. Bu qiymət əsasən dəbi keçmiş gəlinliklərə şamil olunur. Qiymətlər gəlinliyin modelinə görə təyin olunur. Elə gəlinliklər var ki,kirayə haqqı  800-1000 manat arası dəyişir. Amma daha çox 400-500 manat arası olan gəlinlikləri kirayə götürürlər".

Nişan və xınayaxma mərasimlərində istifadə olunan xonçaların kirayə haqqı isə 5 manatdan başlayır. Satıcılar deyir ki, buradakı  qiymətlər də xonçanın görünüşünə və həcminə görə dəyişir. Xonçanın müxtəlif şirniyyat və çərəzlərlə bəzədilməsi isə daha baha başa gəlir.

Nuray Cahangirova bildirir ki, sosial şəbəkələrdə xonça kirayəsi ilə məşğul olan səhifələr insanları aldadır, ticarət mərkəzində 5-10 manata verilən xonçaları 20 manatdan kirayə verirlər:

"Xonçaların kirayəsi 5 manatdan 10 manata qədər davam edir. Kəllə qəndlərimizin qiyməti 20 manatdan 110 manata qədər artır. Bəzəkli nişan, həri şokoladlarının 1 ədədi 1.50 AZN-dən başlayır, amma 50 qəpiyə olanı da var".

Hələ bəzən gənclər şadlıq sarayının təklif etdiyi gəlin maşınını bəyənmədikləri üçün bahalı və lüks avtomobil kirayə götürürlər. Beləliklə xərclər iki qat artmağa başlayır. Kirayə  maşınların  qiymətini öyrənmək üçün ticarət mərkəzi ilə üzbəüz  avtomobil kirayəsi ilə məşğul olan şəxslərə yaxınlaşdıq. Maşın kirayə verən Elşən Məmmədov deyir ki, kirayə haqqı maşının markasına və dekora görə dəyişir.

"60 manatdan 150 manat arası olur kirayə haqqı. Bəzəklər də cürbəcürdür 10 manatdan 30 manatadək bəzəklərimiz var, təbii bəzək bahadır. Çox adama da sərf eləmir ki, 200 manat təbii bəzəyə niyə versin?  Maşını öz sürücümüz idarə edir, saat 4-dən 7-yə qədər. O maşın bəy gəlinlə olur saat 7-də bəy gəlin maşından düşəndə biz  qayıdıb gəlirik öz yerimizə".

Xatırladaq ki, pandemiya dövründə fəaliyyətini dayandıran şadlıq sarayları  da əvvəlki illərlə müqayisədə qiymətləri bahalaşdırıb.

Hazırda şadlıq saraylarında qiymətlər 36 manatdan başlayır. Lakin bəzi restoranlarda isə qiymət 40-50 manat arasında dəyişir. Həmçinin dekorasiya üçün əlavə ödəniş də  tələb olunur.


Etiketlər:  Gəlinlik xonça dekor Evlənmək neçəyə başa gəlir ARAŞDIRMA FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ