Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlham Əliyev qırğızıstanlı məktəblilərə Heydər Əliyevin orta təhsil haqqında şəhadətnaməsini nümunə göstərib

İlham Əliyev qırğızıstanlı məktəblilərə Heydər Əliyevin orta təhsil haqqında şəhadətnaməsini nümunə göstərib

Tarix: 12 Oktyabr 2022 13:48

Təhsil gələcəyə yoldur. Bilik, təhsil o yoldur ki, sizə cəmiyyətdə layiqli yer tutmaq və dövlətinizin möhkəmləndirilməsinə töhfə vermək fürsəti yaradır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılış mərasimində qırğızıstanlı məktəblilərə müraciətlə söyləyib.

Dövlətimizin başçısı deyib ki, yaxşı oxumaq üçün hər cür öyüd-nəsihətdənsə gənc nəslə örnək daha çox təsir göstərir: "Mən Heydər Əliyevi, onun orta təhsil haqqında şəhadətnaməsini nümunə göstərə bilərəm. O, azərbaycanlı məktəblilər üçün örnəkdir. Orada bir dənə də olsun "dörd" yoxdur, bütün qiymətlər "beşdir". Mən bilmirəm, Qırğızıstanda hansı bal sistemi mövcuddur, Azərbaycanda o, dəyişdirilib. Lakin sovet dövründə "beş" ən yüksək qiymət idi".

Milli.Az


Etiketlər:  İlham Əliyev qırğızıstanlı məktəblilərə Heydər Əliyevin orta təhsil haqqında şəhadətnaməsini nümunə göstərib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ