Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2022 17:34
Çinin Xarici İşlər Nazirliyinin nümayəndəsi Çjao Litszyan ABŞ Quru Qoşunlarının istefada olan sabiq komandanı Uesli Klarkın Pentaqonun hərbi planları ilə bağlı 15 il əvvəlki çıxışından bir parçanı sosial şəbəkə səhifəsində paylaşıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, XİN sözçüsü Klarkdan sitat gətirərək, "Əlində çəkic varsa, hər şey sənə mismar kimi görünür" sözlərini yazıb.
"Generalın 2007-ci ildə Kaliforniyanın Həmrəylik Klubunda "Liderlik vaxtı: vəzifə, şərəf, ölkə naminə" mövzusunda məruzəsinin səsyazması var. Orada general qeyd edir ki, 2001-ci ildə Pentaqonda Baş Qərargah nümayəndəsi ABŞ Müdafiə Nazirliyinin məxfi - beş il ərzində yeddi ölkədə hökumətlərə hücum edib, onları məhv etmək strategiyasını anladıb. Söhbət İraq, Suriya, Livan, Liviya, Somali, Sudan və İrandan gedirdi. Eyni zamanda, Klark demişdi ki, Pentaqonun əməkdaşları özləri də hərbi əməliyyatlar üçün ilkin şərtlərin nə olduğunu tam anlaya bilməyiblər", - deyə çinli rəsmi qeyd edib.