Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2022 18:06
"Tesla" və "Speys X" şirkətlərinin rəhbəri, iş adamı İlon Mask Rusiya Prezidenti Vladimir Putinlə Ukraynada sülh planını müzakirə etmədiyini bildirib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, o, Putinlə yalnız bir dəfə danışdığını deyib.
"Bu, elə deyil. Putinlə cəmi bir dəfə, təxminən 18 ay əvvəl danışmışam. Mövzu kosmos idi", - deyə Mask bildirib.
Qeyd edək ki, "Eurasia Group" analitik mərkəzi Maskın bir neçə həftə əvvəl Putinlə Ukrayna ilə bağlı sülh planını müzakirə etdiyini iddia etmişdi.