Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bağçalara tərbiyəçi müəllimlərin işə qəbulu aparılır - VİDEO

Bağçalara tərbiyəçi müəllimlərin işə qəbulu aparılır - VİDEO

Tarix: 12 Oktyabr 2022 20:22

Bu il ilk dəfə olaraq məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi müəllimlərin işə qəbulu üzrə müsabiqə keçirilir.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, müsabiqənin test imtahanı mərhələsində 4549 namizəd iştirak edib.

35 və daha yüksək bal toplayan şəxslər müsabiqənin növbəti - müsahibə mərhələsinə dəvət olunublar. Bu mərhələdə namizədlərin potensialları 100 ballıq şkala əsasında qiymətləndiriləcək.

İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib ki, tərbiyəçi müəllimlər psixoloji testə də cəlb olunacaqlar. Amma onlara bu mərhələdə heç bir bal verilməyəcək.

İlkin olaraq 200-dən artıq vakant yerə yerləşdirilmə həyata keçiriləcək. İl ərzində vakant yer olduqca bu mərhələlərdə uğur qazanmış namizədlər yerləşdirmə prosesində iştirak edə biləcəklər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Bağçalara tərbiyəçi müəllimlərin işə qəbulu aparılır VİDEO


RƏYLƏR