Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bu, Türkiyəni qəzəbləndirə bilər” - Amerika nəşri

“Bu, Türkiyəni qəzəbləndirə bilər” - Amerika nəşri

Tarix: 12 Oktyabr 2022 22:06

Rusiyanın oktyabrın 10-11-də Ukrayna şəhərlərinə kütləvi raket zərbələri endirməsindən sonra müttəfiqləri Kiyevə daha çox silah vəd etməyə başlayıb. Amma Qərb ciddi problemlə üzləşib.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə "Nyu-York Tayms" yazır.

Nəşr qeyd edir ki, Ukrayna şəhərlərinin güclü atəşə tutulmasından sonra ABŞ Ukraynaya daha çox zenit-raket kompleksləri təhvil verəcəyini vəd edib, Almaniya da yaxın bir neçə gündə oxşar müdafiə vasitələri göndərəcəyini bildirib. NATO baş katibi Yens Stoltenberq isə bəyan edib ki, Ukraynanın Rusiyaya qarşı mübarizəsinə dəstək nə qədər lazımdırsa davam edəcək.

Bununla yanaşı, nəşr qeyd edir ki, Kiyevin Rusiya istehsalı silahlara daha çox ehtiyacı var, çünki ukraynalı hərbçilər belə silahlardan daha asan istifadə edə bilirlər.

"ABŞ və müttəfiqləri bunları tapmaq üçün silah tədarükçüləri axtarırlar", - qəzet qeyd edir.

Finlandiya Ukraynaya sovet tipli silahlar göndərir, Cənubi Koreya isə zirehlər, dəbilqələr, tibbi avadanlıqlar və digər müdafiə vasitələri verir. Ukraynaya dəstək nümayiş etdirən Kamboca, Konqo, Ruanda, Meksika, Kolumbiya və Peru kimi digər ölkələr hələ də öldürücü silahlar verməkdən çəkinirlər.
Silah tədarükçülərinin diqqəti Yunan Kiprinə yönəlib. Çünki Cənubi Kipr uzun illər ABŞ-ın silah embarqosu altında olub, lazım olan silahları əldə etmək üşün əvvəlcə SSRİ-yə, bundan sonra Rusiyaya üz tutub. Bu gün Yunan Kiprinin arsenalında təyyarələri, dronları və qanadlı raketləri vura bilən ən azı 10 "Tor" və "Buk" raket kompleksi var.

Yunan Kiprinin rəsmi nümayəndəsi Marios Pelekanos Amerika nəşrinə açıqlamasında bildirib ki, ölkəsi başqa hərbi texnika ilə təchiz olunsa, bəzi silah-sursatları Ukraynaya təhvil verməyə hazır olacaq. O, son aylarda Amerika rəsmiləri ilə çoxsaylı görüşlərə toxunub və bu görüşlərdə bu ehtimalın da müzakirə edildiyini deyib.

Bununla belə, nəşr yazır ki, Yunan Kiprinin yenidən silahlandırılması Türkiyəni qəzəbləndirə və bu ölkələr arasında həll olunmamış münaqişədə silahlanma yarışını alovlandıra bilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan artıq Şimali Kiprdəki türk qoşunlarının əlavə silahlarla gücləndiriləcəyini açıqlayıb.


Etiketlər:  Türkiyəni qəzəbləndirə bilər Amerika nəşri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ