Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2022 22:18
ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşmək niyyətində deyil.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.
"Dövlət başçısı israrla bildirib ki, Rusiya əsirlərin mübadiləsi üzrə ciddi təkliflər verməli və ya danışıqların aparılması üçün təkliflər irəli sürməlidir" - deyə sözçü qeyd edib.
Karin Jan-Pyer əlavə edib ki, Vaşinqton əsirlərin mübadiləsi üçün Moskva ilə təmasları davam etdirir.