Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Göygöldə VAZ-2106 mikroavtobusla toqquşub

Göygöldə VAZ-2106 mikroavtobusla toqquşub

Tarix: 13 Oktyabr 2022 08:24

Göygöl rayonunda "VAZ-2106" markalı avtomobillə "Ford" markalı mikroavtobus toqquşub, xəsarət alanlar var.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Göygöl şəhər ərazisində qeydə alınıb.

Avtomobil qəzası zamanı "VAZ-2106" markalı avtomobildə olan, 1998-ci il təvəllüdlü E.Əhmədov və onun həmyaşıdı E.Məmmədov xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, mikroavtobusda sərnişin olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Göygöldə VAZ 2106 mikroavtobusla toqquşub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ