Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rus ordusuna ağır zərbə: Şiddətli döyüşlər gedir

Rus ordusuna ağır zərbə: Şiddətli döyüşlər gedir

Tarix: 13 Oktyabr 2022 21:08

Ukrayna hava hücumundan müdafiə bölmələri gün ərzində Rusiyanın 4 helikopterini və 26 pilotsuz uçuş aparatını vurub.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlayıb.

"Son sutka ərzində Müdafiə Qüvvələrinin aviasiyası 32 zərbə endirib. 25-dən çox silah və hərbi texnikanın cəmləşdiyi ərazinin, həmçinin rusların 7 zenit-raket kompleksinin məhv edildiyi təsdiqlənib. Bundan başqa, Hava Hücumundan Müdafiə bölmələri rus ordusunun 4 helikopterini və 26 dronunu vurub", - Baş Qərargah əlavə edib.

Məlumatda bildirilib ki, raket qoşunları və artilleriya bölmələri son sutka ərzində 6 komanda məntəqəsini, canlı qüvvə, silah və hərbi texnikanın cəmləşdiyi 7 ərazini, 4 sursat anbarını darmadağın edib.

Milli.Az


Etiketlər:  Rus ordusuna ağır zərbə Şiddətli döyüşlər gedir


RƏYLƏR