Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qazaxıstanda ağır yol qəzası olub, ölən və yaralananlar var

Qazaxıstanda ağır yol qəzası olub, ölən və yaralananlar var

Tarix: 13 Oktyabr 2022 23:14

Qazaxıstanın cənub-şərqindəki Almatı vilayətində yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alanlar var.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Almatı vilayətinin Yenbekşikazax rayonunda "Mercedes" və "Subaru" markalı avtomobillərin iştirakı ilə qeydə alınan qəza nəticəsində 6 nəfər ölüb.

Ölənlərin hamısı "Mercedes" markalı avtomobildə olub, onlardan 4-ü azyaşlıdır. Daha 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı ibtidai istintaqa başlanılıb.

Milli.Az


Etiketlər:  Qazaxıstanda ağır yol qəzası olub ölən yaralananlar var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ