Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldo “Qızıl top”un gələcək qalibinin adını açıqladı

Ronaldo “Qızıl top”un gələcək qalibinin adını açıqladı

Tarix: 13 Oktyabr 2022 23:26

Bir çox futbol təşkilatı, mütəxəssis və idmançının fikrincə, futbol tarixinin ən yaxşı oyunçularından biri olan Braziliya millisinin sabiq hücumçusu Ronaldo "Qızıl top"un gələcək qalibi barədə proqnozunu açıqlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, onun firkincə səsvermədə "Real Madrid"in fransalı hücumçusu Kərim Benzemanın qalib gəlmək şansı çoxdur.

"Düşünmürəm ki, Benzemanın məğlub olmaq şansı olsun. Onun nüfuzlu göstəriciləri var və Çempionlar Liqasında qol vurmaqdan həzz alır. Başqası qalib gələ bilərmi? Nəzəri olaraq, bəli, amma Benzemanın keçən mövsüm etdiyi şey digər oyunçuların nailiyyətlərindən çox fərqlidir", - deyə Ronaldo bildirib.

Xatırladaq ki, "Qızıl top"un təqdimetmə mərasimi oktyabrın 17-də baş tutacaq.

Bundan əvvəl Benzema Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) versiyasına görə ötən mövsümün ən yaxşı oyunçusu seçilib./

Milli.Az


Etiketlər:  Ronaldo Qızıl topun gələcək qalibinin adını açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ