Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2022 09:00
Sumqayıt-Bakı qatarının qrafikində gecikmə yaranıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, saat 07:40-da Sumqayıt-Pirşağı-Bakı marşrutu ilə hərəkət edən sürət qatarı mənzil başına 08:30-da çatmalı olduğu halda, 08:43-də çatıb.
Başqa sözlə qatar 13 dəqiqə gecikib.
Məlumata görə, gecikməyə səbəb hərəkət siqnallarında yaranan texniki nasazlıq olub.