Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qətərdən LGBT-nin rəngli bayrağına “yaşıl işıq”

Qətərdən LGBT-nin rəngli bayrağına “yaşıl işıq”

Tarix: 14 Oktyabr 2022 16:14

LGBT azarkeşləri Qətərdə keçiriləcək Dünya Çempionatında əl-ələ tuta və göy qurşağı rəngində bayraqlarını nümayiş etdirə biləcəklər.

Bu barədə turnirin təşkilat komitəsinin baş direktoru Nasser Əl-Xatər məlumat verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Dünya Çempionatı noyabrın 20-də başlayır və dekabrın 18-dək davam edəcək.

"Bizim insanlardan xahişimiz odur ki, mədəniyyətə hörmət etsinlər. Sonda başqalarına zərər vuracaq bir iş görməyən, ictimai əmlakı məhv etməyən, zərər vermədən davranan hər kəsi salamlayırıq. Bu insanların narahat olacağı heç bir şey yoxdur", - deyə Əl-Xatər bildirib.

Milli.Az


Etiketlər:  Qətərdən LGBT rəngli bayrağına yaşıl işıq


RƏYLƏR