Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2022 22:56
"Ukrayna Silahlı Qüvvələrinin xeyli sayda hərbi qulluqçusunu ölkəmizin şimal sərhədində saxlamaq məqsədi ilə Belarusda isteriya oyunu davam edir".
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu ukraynalı hərbi ekspert Sergey Zqurets deyib.
Uzun müddətdir ki, Belarus ərazisində müəyyən hazırlıq səviyyəsini saxlamaq məqsədi daşıyan təlimlər davam edir. İndi vəziyyət bir qədər dəyişir, amma kritik deyil. Belarus ordusuna çağırışlar var. Belarusun briqadalarının sayı azdır, ona görə də indi bu yöndəki boş yerlərin doldurulması cəhdini görürük. Belarusda 4 briqada var ki, bunlar tam təchiz olunduqda 12 000 şəxsi heyətə malik olacaq. Həmçinin ümumi sayı 9 minə yaxın hərbçi olan daha üç xüsusi əməliyyat qüvvələri briqadası var", - ekspert bildirib.
Onun fikrincə, briqadaların formalaşdırılması təxminən 3-4 həftə davam edəcək. Həmçinin Rusiyadan səfərbər edilmiş 2000 nəfər Belarusa göndəriləcək.
"Ukrayna Baş Qərargahı bildirir ki, Belarusla sərhəddə vəziyyət dəyişməyib, hazırda hər birində maksimum 500 hərbçi olan 5 batalyon var. Bu çox güman ki, Ukraynanı şimal sərhədində xeyli sayda qoşun saxlamağa məcbur edən isteriya oyunudur. Orada artıq müdafiə xətti qurulub, yəni Belarus Rusiya ilə birlikdə hərəkət etsə belə, Belarus ordusunun gözlənilməz irəliləyişi üçün heç bir şərait yoxdur. 2-4 həftə ərzində Belarusda baş verənləri diqqətlə izləməliyik", - Zqurets əlavə edib.