Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avroliqada həftənin oyunçusu bəlli oldu

Avroliqada həftənin oyunçusu bəlli oldu

Tarix: 14 Oktyabr 2022 23:10

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.

Sonxeber.net matc.az-a istinadən bildirir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilmiş səsverməyə əsasən, bu ada Portuqaliya "Braqa"sının hücumçusu Vitor Olivyera layiq görülüb.

22 yaşlı forvard Belçikada "Union"la 3:3 hesablı heç-heçə etdikləri görüşdə 41 dəqiqəyə het-trik edib.
 
Avroliqada həftənin ən yaxşı oyunçusu adına "Omoniya"nın (Kipr) qapıçısı Fransis Uzoho, PSV-nin (Niderland) yarımmüdafiəçisi Joey Veerman və "Şturm"un (Avstriya) hücumçusu Uilyam Bovinq də namizəd idi.


Etiketlər:  Avroliqada həftənin oyunçusu bəlli oldu


RƏYLƏR