Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2019 16:32
Bakı. Trend:
Hərbi qulluqçulara pul əvəzinə natural ərzaq verilməsinə başlanıb.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə atılan növbəti addımlardan da biri Azərbaycan Ordusunda və qanunvericilikdə nəzərdə tutulan digər hərbi birləşmələrdə xidmət edən hərbi qulluqçulara pul əvəzinə natural ərzağın verilməsi olub.
Pul əvəzinə natural ərzağın verilməsi könüllü olduğundan bəzi hərbi qulluqçular bu prosesə öz arzusu ilə qoşulublar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin