Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2022 16:12
Məhsulun qiyməti aşağı, alıcısı da yox dərəcəsindədir.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, 8 aya yaxındır davam edən Rusiya-Ukrayna müharibəsi fermerlərin Rusiya bazarına ixracını azaldıb. Bu məhsullardan biri də Qızıləhmədi almasıdır. İsmayıllıdan olan təsərrüfat sahibləri deyirlər ki, bu il məhsul bol olsa da, onu xarici bazarlara çıxara bilmədikləri üçün məhv olur.
Fermer Marifət Əsgərov isə deyir ki, ixracda problemlə üzləşməsə də, qiymətlər 30-35 faiz aşağıdır.
Təsərrüfat sahibi Vüsal Nəbiyev üzümün 40-45 qəpik olduğunu bildirib. Keçən il isə bu qiymət 90 qəpik, 1 manat 50 qəpik arası olub.
Fermerler bildirirlər ki, vəziyyət bu cür davam edərsə, tonlarla məhsul məhv olacaq.