Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Jirinovskinin tərəfdarları onu "müasir peyğəmbər" hesab edirlər

Jirinovskinin tərəfdarları onu

Tarix: 15 Oktyabr 2022 19:06

Rusiyada 2022-ci il aprelin 6-da vəfat edən Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin kanonlaşdırılması təklif edilib.

Onun tərəfdarları qalmaqallı siyasətçini "müasir peyğəmbər və dövrünün qəhrəmanı" hesab edirlər.

Patriarx Kirillə müraciətlə müvafiq petisiya change.org saytında qeydə alınıb.

Müraciətin mətnində deyilir: "O, müharibənin başlanacağını, səfərbərliyi və bir çox başqa hadisələri proqnozlaşdırıb".

Müraciətdə həmçinin əmin edilib ki, qalmaqallı siyasətçi sağlığında nümunəvi pravoslav insan olub.

Milli.Az


Etiketlər:  Jirinovskinin tərəfdarları onu müasir peyğəmbər hesab edirlər


RƏYLƏR