Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Binəqədidə iki avtomobil yanıb

Binəqədidə iki avtomobil yanıb

Tarix: 15 Oktyabr 2022 20:28

"Mercedes" markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb.

Sonxeber.net Fövqəladə Hallar Nazirliyininə istinadla xəbər verir ki, hadisə Bakı şəhərinin Binəqədi rayonunda olub.

Yüksək temperaturdan yaxınlıqda dayanan "Hyundai" markalı minik avtomobilinin ön qapısı qarsalanıb. Hər iki avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğını yanğından mühafizə bölmələri söndürüb.


Etiketlər:  Binəqədidə avtomobil yanıb


RƏYLƏR