Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2022 09:24
ABŞ sakinlərinin əksəriyyəti 2024-cü il prezident seçkilərində ölkə lideri Co Baydenə səs vermək niyyətində deyil. Sorğuya əsasən, respondentlərin yalnız 33%-i dövlət başçısının yenidən seçilməsini dəstəkləyir, amerikalıların 54%-i isə başqasına səs verməyə hazırlaşır.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bildirilib ki, bu ilin yanvarında sorğuda iştirak edənlərin təxminən 36%-i Baydeni dəstəkləyib, 60%-i isə ona qarşı çıxıb.
Respondentlərdən Demokratlar Partiyasının tərəfdarları arasında Baydenin ikinci müddətə seçilmək istəyini 71%, Respublikaçıların tərəfdarları arasında isə başqa namizədə səs verməyə hazırlaşanlar 91% olub. Müstəqil seçicilər arasında rəyi soruşulanların yalnız 13%-i Baydeni dəstəkləməyə hazırdır. 54%-i isə öz səsini başqasına verməyin tərəfdarıdır.